spot_img
HomeTədqiqatBSU-da növbəti beynəlxalq konfrans keçiriləcəkdir!
spot_img

BSU-da növbəti beynəlxalq konfrans keçiriləcəkdir!

Sentyabrın 26-da Bakı Slavyan Universitetində(BSU) II Beynəlxalq Balkanşünaslıq Konfransı keçiriləcəkdir. Balkan araşdırmaları sahəsində aparıcı alim və tədqiqatçıların iştirakı ilə keçiriləcək bu beynəlxalq tədbir Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi həyatı və Azərbaycan–Balkan ölkələri münasibətlərinin müxtəlif aspektlərinin elmi müzakirəsi üçün geniş platforma yaradacaq.

🔹 Konfransın məqsədi:

• Azərbaycanda Balkanşünaslıq sahəsinin inkişafına töhfə vermək

• Balkan ölkələrində Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatları elmi ictimaiyyətə təqdim etmək

🔬 Konfransın əsas istiqamətləri:

◆ Azərbaycanda Balkan, Balkan ölkələrində Azərbaycan tədqiqatları

◆ Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyası

◆ Balkan regionu geosiyasi məkan kimi

📌 Qeyd:

• Konfrans üçün məqalələrin göndərilməsi 8 sentyabr 2025-ci il tarixinədək aparılacaq.

• Qəbul olunan məqalələrlə bağlı iştirakçılara 15 sentyabr 2025-ci il tarixində məlumat veriləcək.

• Məruzəni müşayiət edən təqdimat faylları 20 sentyabr 2025-ci il tarixinədək balkanstudies@bsu-uni.edu.az elektron poçt ünvanına göndərilməlidir.

📞 Əlaqə üçün:

(+994 12) 599 08 70 (321)

(+994 50) 577 73 63

111 (daxili nömrə)

📧 balkanstudies@bsu-uni.edu.az

🔔 Balkanşünaslıq üzrə tədqiqatlara dəyərli töhfələr vermək istəyən bütün alimləri və tədqiqatçıları II Beynəlxalq Balkanşünaslıq Konfransında fəal iştiraka dəvət edirik!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar