Bütün tədqiqatçılar, ixtiraçılar və innovatorları çağırırıq!
Patentiniz və ya kommersiya potensialı olan ixtiranız varmı? Sənaye liderləri ilə əlaqə qurmaq və ya innovasiyalarınızı bazara çıxarmaq istəyirsiniz?
Yüksək Texnologiyalar Parkı olaraq sizi tədqiqatçı bazasına qoşulmağa dəvət edirik!
Formamızı dolduraraq siz:
✅ Tədqiqat maraqlarınızı, patentlərinizi və ixtisaslaşdığınız sahələri bizimlə paylaşacaqsınız.
✅ İxtiralarınızı kommersiyalaşdırmaq üçün fərdi dəstək alacaqsınız.
✅ Sənaye və digər tədqiqatçılarla əməkdaşlıq imkanlarından xəbərdar olacaqsınız.
Gəlin potensialınızı birlikdə kəşf edək! Təcrübəli tədqiqatçı olmağınızdan və ya yolun başlanğıcında olmağınızdan asılı olmayaraq, biz laboratoriyadan bazara gedən yolda sizə dəstək olmağa hazırıq.