MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:
• Vergi hesabatlarının hazırlanması (ƏDV, ÖMV, Vahid (DSMF), statistika, mənfəət və digər dövlət hesabatları;
• Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
• Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;
• Elektron qaimələrin kəsilməsi, sənədlərin uçotunun aparılması (hesab-faktura,təhvil-qəbul aktı, qiymət razlışma protokolu və.s);
• Vəzifə təlimatına uyğun olaraq digər vəzifələri icra etmək;
• İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;
• Cəmiyyətin daxili nizam intizam qaydalarına əməl etmək;
• Vəzifəsindən irəli gələn digər tapşırıqları icra etmək;
Tələblər:
• Ali təhsil
• Microsoft Office proqramları (xüsusilə Excel) əla bilmək;
• 1C 8.3, ERP və s proqramlarından istifadə qaydalarını bilməli;
• Kompüter ilə aktiv işləmə bacarığı;
• ACCA-FA və BM üzrə Sertifikatlar üstünlükdür;
• Dil bilikləri:Azərbaycan dili (səlis), Rus və İngilis dilinin olması arzuolunandır;
• 1 ildən az olmayan iş təcrübəsi ;
Fərdi keyfiyyətləri:
• Riyazi bilik
• Diqqətlilik, Məsuliyyətlilik
• Səbrli və təmkinli, Ciddilik
• Geniş dünya görüşü
• Tapşırıqları operativ icra etmə qabiliyyəti
Əlavə məlumatlar:
• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük, 09:00-18:00;
• Korporativ nömrə və danışıq balansı;
• AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan göstəricilərə cavab verən namizədlər CV formasını Subject/Mövzu hissəsində “Aparıcı mühasib” başlığı ilə israyil.a@caspos.az ünvanına göndərə bilərlər.