Əsas tələblər:
– Böyük miqyaslı GIS və GPON FTTH layihələrini əlaqələndirmək, onların vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək;
– Layihə komandalarını idarə etmək, fəaliyyətlərini istiqamətləndirmək və vəzifələri bölüşdürmək;
– Mürəkkəb texniki məsələlər üzrə məsləhətlər vermək və komandaları problem həllində dəstəkləmək;
– Layihələr üçün texniki standartlar və iş prosesləri hazırlamaq, onların tətbiqinə nəzarət etmək;
– Mövcud GPON FTTH şəbəkələrinin performansını analiz etmək və optimallaşdırma təklifləri vermək;
– GIS analizləri aparmaq və coğrafi məlumatları strateji qərarların verilməsində istifadə etmək;
– Regional sahələrlə müntəzəm əlaqə saxlayaraq ehtiyaclara uyğun həllər təqdim etmək;
– Sahə tədqiqatlarını həyata keçirmək və coğrafi məlumatların toplanmasına rəhbərlik etmək;
– Şəbəkə quraşdırmaları və GIS işlərini nəzarətdə saxlamaq, yerində yoxlamalar aparmaq;
– Tikinti layihələri üzrə KMZ verilənlər formatı ilə işləmək, Fiziki Resursların İcmalı proqramına inteqrasiya etmək;
– OSS layihəsi çərçivəsində müəyyən tapşırıqların bölüşdürülməsi və nəzarəti;
– Google Earth və GIS platformalarında xəritələşdirmə, şəbəkə dizaynı və optimallaşdırılması;
– AutoCAD proqramında optik liflərin montaj sxemlərinin hazırlanması;
– GIS sistemlərində verilənlərin idarə olunması və optimallaşdırılması;
– Layihəyə dair texniki sənədlərin hazırlanması (planlar, spesifikasiyalar və s.);
– Optik avadanlıqların və montaj sxemlərinin izlənməsi və texniki tədqiqatların aparılması.
Tələblər:
– Müvafiq sahədə ali təhsil – (İnformasiya Texnologiyaları);
– GPON FTTH və GIS sahəsində təcrübə (ən azı 2 il);
– AutoCAD, Google Earth, GIS proqramları ilə işləmək bacarığı;
– Analitik düşüncə və texniki qərarvermə bacarığı;
– Komanda ilə işləmək və liderlik bacarıqları;
– Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar olmaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət üçün: CV-nizi “Layihə üzrə Mütəxəssis” qeyd edərək hr@cliptv.az ünvanına göndərin.