spot_img
Ana SəhifəElan və XəbərlərCreARTivity -Yaradıcı Gənclərin İnkişaf Proqramı" layihəsi başlayır!
spot_img

CreARTivity -Yaradıcı Gənclərin İnkişaf Proqramı” layihəsi başlayır!

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Erasmus Tələbə Şəbəkəsi- Azərbaycan” İctimai Birliyi tərəfindən “CreARTivity – Yaradıcı Gənclərin İnkişaf Proqramı” layihəsi həyata keçirilir.

Bu təşəbbüs gənclərin müasir tələblərə və standartlara uyğun bilik, bacarıq və təcrübələrini inkişaf etdirməsinə dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində yaradıcı peşələrlə (fotoqrafiya, videoqrafiya, film çəkilişi və s.) maraqlanan gənclər İtaliya və Türkiyədən olan beynəlxalq, habelə, yerli təlimçilərin iştirakı ilə təlim proqramına cəlb olunacaq, nəzəri və praktiki bilik və bacarıqlarını artıracaqlar.

5 günlük təlim proqramı bitdikdən sonra təşkil ediləcək sərgi müsabiqəsində iştirakçılar yeni bilik və bacarıqlar ilə hazırladıqları müxtəlif foto çəkilişlər və ya video çarxlar nümayiş etdirmə fürsəti əldə edəcəklər. Ən yaxşı 3 yaradıcılıq işi seçilərək mükafata layiq görüləcək ✍🏻🏆.

📅 Tarix: 7–11 dekabr 2024-cü il

📍 Məkan: Bakı, Azərbaycan

⏳ Qeydiyyat üçün son tarix: 2 dekabr 2024-cü il.

Yaradıcılıq bacarıqlarınızı inkişaf etdirmək və istedadınızı sərgiləmək üçün bu fürsəti qaçırmayın.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar