CulTech İnkubasiya Proqramı 4.0 üçün qeydiyyat müddəti 30 iyul 2025 tarixinə qədər uzadıldı!
Əgər sən mədəniyyət, incəsənət və texnologiya kəsişməsində bir ideyaya sahibsənsə və onu real layihəyə çevirmək istəyirsənsə – bu fürsəti qaçırma!
CulTech İnkubasiya Proqramı sənə nə verir?
12 istiqamət üzrə intensiv və praktiki təlimlər
Peşəkar mentorlarla fərdi işləmək imkanı
Ofis məkanı və infrastruktur dəstəyi
Yerli və beynəlxalq əlaqə imkanları
Layihəni investorlar qarşısında təqdim etmək şansı
Burada məqsəd təkcə texnologiya deyil – yaradıcılığın gücünü texnologiya ilə birləşdirərək, gələcəyin təsirli layihələrini formalaşdırmaqdır.
Təşkilatçı: SUP VC
Dəstək: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MYSİM
İndi qeydiyyatdan keç.