30 noyabr saat 11:00-da sizi Step IT Academy Karyera Mərkəzinin ilk tədbirində gözləyirik!
Tədbirin mövzusu: CV-nin hazırlanması və LinkedIn profilin idarə edilməsi. Bu görüş beynəlxalq Təlim və Konsultasiya təşkilatı olan Develor ilə birlikdə keçiriləcək.
İki saatlıq təlim proqramı çərçivəsində iştirakçılar aşağıdakı mövzular üzrə praktiki bacarıqlar əldə edəcəklər:
İş elanlarına uyğun peşəkar CV hazırlamaq
Fərdi brendinq yaratmaq
LinkedIn şəbəkələşməsi və iş axtarışı
İştirakçılar karyera perspektivlərini inkişaf etdirmək üçün vacib addımlar haqqında ətraflı məlumat alacaqlar.
Tədbir ödənişsizdir və Azərbaycan dilində keçiriləcək. İştirak etmək üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.