spot_img
HomeElan və Xəbərlər"CyberKönüllü” layihəsinə müraciətlər açıqdır.
spot_img

“CyberKönüllü” layihəsinə müraciətlər açıqdır.

Əziz gənclər,

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Gənc Könüllülər” İctimai Birliyi və Bakı Texnologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “cyberKönüllü” layihəsinə start verilir.

cyberTəhsil nədir?
“cyberKönüllü” layihəsinin ilk mərhələsi olan cyberTəhsil, gənclərin kibertəhlükəsizlik sahəsində əsas bilikləri öyrənməsi və bu istiqamətdə ilkin bacarıqlar qazanması üçün nəzərdə tutulmuş təlim mərhələsidir.


Əgər kibertəhlükəsizlik sahəsinə marağınız var və bu istiqamətdə ilk addımınızı atmaq istəyirsinizsə, bu təlim tam sizlikdir!

Layihənin istiqamətləri:
cyberTəhsil
cyberMentor
cyberTəcrübə
cyberDialoq
cyberYaddaş
cyberQalxan

Sizi nələr gözləyir?
2 ay müddətində ödənişsiz kibertəhlükəsizlik təlimləri (həftədə 2 dəfə, 2 saat);
Kursu uğurla tamamlayanlara təcrübə imkanı;
Maarifləndirici tədbirlərdə iştirak şansı;
Peşəkar təlimçilərlə ünsiyyət və praktik biliklər.

Kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

Kibertəhlükəsizlik sahəsində inkişaf etmək, təcrübə qazanmaq və bu sahədə ilk addımınızı atmaq istəyirsinizsə, bizə qoşulun!


Son müraciət tarixi: 7 iyul 2025-ci il

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar