Dərs Evi tədris mərkəzi tam və ya yarım ştat üzrə praktika əldə etmək üçün bilik və bacarıqlı, yaradıcı gəncləri könüllü əsaslarla komandamıza qoşulmağa dəvət edir.
Tələblər:
Könüllülük əsasında işləmək istəyi
Seçilmiş sahə üzrə inkişaf etmək və karyera qurmaq həvəsi
Yaradıcılıq qabiliyyəti
Çalışqanlıq, əzmkarlıq və sərbəst şəkildə özünü inkişaf etdirmək bacarığı
Vəzifələr:
Məhsul şöbəsində: tədris proseslərinə yardımçı olmaq, araşdırmalar etmək, quizlər hazırlamaq
Marketinq şöbəsində: maraqlı video materiallar və kontent hazırlamaq
Məqalələr və maraqlı mövzular üzərində işləmək
Qəbul və qeydiyyat şöbəsində: administrativ işləri icra etmək, zənglər etmək
İş şəraiti və faydaları:
Təcrübədə özünü doğruldan şəxslərə gələcəkdə şirkətimizdə iş imkanı
İş vaxtı: fərdi razılaşma əsasında tam, yarım və ya növbəli iş qrafiki
Əmək haqqı: ödənişsiz və ya fərdi razılaşma əsasında qismən ödənişli
Müraciət qaydası:
Maraqlanan şəxslər CV-lərini “Könüllü” başlığı ilə talent@dersevi.az ünvanına göndərə bilərlər.