spot_img
Ana SəhifəKaryeraDistant və Qiyabi Təhsil Mərkəzinə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir!
spot_img

Distant və Qiyabi Təhsil Mərkəzinə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir!

 2024-1Azərbaycan Texniki Universitetinin (AzTU) Distant və Qiyabi Təhsil Mərkəzinə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir.  

Tələblər:

· Ali təhsil;

· Müvafiq sahə üzrə ən azı 3 il pedaqoji təcrübə;

· Dil biliklari: Azərbaycan dilini səlis bilməli, rus və  ingilis dili arzu olunandır;

· Analitik düşünmə qabiliyyəti;

· Bacarıq və səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və təcrübə;

· Yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları;

· Microsoft Ofis proqramlarında yaxşı səviyyədə işləmək bacarığı. 

Vəzifə öhdəlikləri:

· Qiymətləndirmənin nəticələri əsasında zəruri hallarda dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;

· Qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək;

· İllik iş planının hazırlanmasına və icrasına nəzarət etmək;

· Tələbə və müəllimlərlə mütəmadi əlaqə quraraq təhsil prosesinin düzgün və fasiləsiz davam etməsini təmin etmək;

· Əmək və nizam-intizam qaydalarına riayət etmək;

· İmtahan cədvəlinin hazırlanması, bütün iştirakçılara

(fakültələrə və kafedralara) düzgün şəkildə çatdırılması;

· İmtahan nəticələri ilə bağlı tələbələrdən gələn müraciətlərin qəbul edilməsi və onların şikayətlərinin araşdırılması;

· İmtahanların təşkilində ədalət və obyektivlik prinsiplərinin tətbiq olunması. 

Bilməlidir:

· Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;

· Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu;

· Təhsil sahəsində dövlət standartlarının tələblərini;

· Pedaqogika, fiziologiya,psixologiya və peşəkar təlim metodlarını;

· Tələbələrin müasir təlim formaları və metodları ilə təlim və tərbiyəsini;

· Tədris işləri üzrə sənədləşmənin aparılması;

· Tədris planı, tədris proqramları və digər metodiki sənədlərin işlənib hazırlanması prinsipləri və qaydalarının hazırlanması.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz  CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. 

Müraciət üçün son tarix: 15.12.2024-cü il saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar