Struktur bölmə: Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamenti
Struktur vahid: Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsi
Vəzifənin adı: məsləhətçi
Qulluq funksiyaları:
- Ərizə qəbulunun və test imtahanlarının nəticələrinin elmi statistik təhlilinin aparılması;
- İmtahan nəticələrinin təhlili əsasında test sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və qəbul edilmiş təkliflərin həyata keçirilməsində iştirak edilməsi;
- Test tapşırıqlarının klassik və müasir test nəzəriyyələrinə əsasən elmi-statistik və psixometrik təhlilinin aparılması;
- Test imtahanlarının nəticələrinin interpretasiyası və onların nəzərdə tutulan məqsədlər üçün istifadəsinin validasiya edilməsi işinin aparılması;
- Test bankının parametrləşdirilməsi işinin aparılması;
- Müxtəlif istiqamətlər üzrə qiymətləndirmə işinin təkmilləşdirilməsi üçün tədqiqatların aparılması;
- İmtahanlarla əlaqədar elmi layihələndirmə işlərinin yerinə yetirilməsi işinin aparılması;
- Şöbəyə daxil olan məktub və müraciətlərin araşdırılması və cavablandırılması;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələbi: tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet orta səviyyədə, müasir kompüter sistemlərində informasiya emalı texnologiyası
Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2, Rus dili – B2
Xüsusi tələblər: testlərin konstruksiya edilməsinin müasir metodologiyası, klassik test nəzəriyyəsi, müasir test nəzəriyyəsinin riyazi modelləri, tətbiqi statistika məsələlərinin həlli sahəsində nəzəri bilik və bacarıqlar, statistik paketlərlə (proqram təminatı) işləmə bacarığı
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Müraciət formasını” mövzu bölməsində “Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsində məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 18 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.