Bu proqram sizin üçün yeni təcrübələr qazanmaq, nəzəri biliklərinizi praktiki biliklərə çevirmək, komandada işləmək bacarıqlarınızı inkişaf etdirmək üçün mükəmməl bir fürsətdir! Təcrübəni uğurla başa vurduqdan sonra hər iki qurum tərəfindən rəsmi sertifikat və tövsiyə məktubları təqdim olunacaq. Proqram boyu aktiv və uğurlu təcrübəçilər WAY və Innovaitive daxilində iş imkanları ilə təmin ediləcək və ya digər qurumlara yönləndiriləcək. 💡
Təcrübəçilər arasında tətbiq ediləcək KPI-lara (Key Performance Indicators – Əsas Performans Göstəriciləri) əsasında 1 ən aktiv təcrübəçi, təcrübə proqramı bitdikdən sonra xaricdə beynəlxalq tədbirdə iştirakı üçün dəstək göstəriləcək. ✈
🔄Seçilmə proseduru:
- Qeydiyyat linki ilə müraciət;
- Müraciəti uğurlu olan şəxslərin şifahi müsahibəyə dəvət olunması;
- Şifahi müsahibəni uğurla keçən gənclərin qrup müsahibəsinə dəvət olunması;
- Seçilənlərin müəyyənləşdirilməsi və təcrübə proqramının başlanması.
📅 Son müraciət tarixi: 26.03.2025