Xəzər Universiteti Dünya Məktəbi MMC-də inanırıq ki, marketinq ideyalarla başlayır, yaradıcı insanlarla böyüyür. Bu səbəbdən Marketinq Departamentimizə yeni kreativ komanda üzvlərini axtarırıq!
Reelsmaker – sosial şəbəkələr üçün maraqlı və kreativ videolar hazırlaya bilən, trendləri izləyən, montaj bacarığı olan mütəxəssis axtarırıq!
– Instagram üçün cəlbedici reels, stories və maraqlı videolar hazırlamaq bacarığı
– Kreativ yanaşma və müasir trendləri izləmək
– Telefon və ya kamera ilə keyfiyyətli çəkiliş aparmaq bacarığı
– Adobe Premiere, CapCut və ya bənzər proqramlardan istifadə bacarığı
– Məzmunu və montajı düzgün şəkildə birləşdirə bilmək
Kopirayter – Maraqlı və yaradıcı mətnlər yaza bilən mütəxəssis axtarırıq!
– Azərbaycan və İngilis dillərində mükəmməl yazı bacarığı
– Rus dili biliyi arzuolunandır
– Sosial media hesabları, bannerlər və sayt üçün yaradıcı və cəlbedici mətnlərin hazırlanması
– Ssenari yazmaq bacarığı (arzuolunandır)
CV-lərinizi nigarbuqayeva@gmail.com mail ünvanına göndərə bilərsiniz.



