Ümumi Məlumat
- WHO-nun bu kursları tamamilə pulsuzdur , bütün dünya üzrə istənilən şəxs iştirak edə bilər.
- Kurslar öz ritmində (self-paced) olur; müəyyən plan/qrafik tələb olunmur.
- Kursların dili müxtəlifdir – 20-dən çox dil də kurslar mövcuddur.
Uyğunluq Şərtləri (Eligibility)
- Milli və akademik sərhəd yoxdur – hər kəs müraciət edə bilər.
- Heç bir ön şərt (prerequisite) tələb olunmur; bilik səviyyən əvvəlcə olmaya bilər. Kompüter və stabil internet bağlantısı olmaq vacibdir.
Faydalar
- Pulsuz olması – qeydiyyat haqqı yoxdur.
- Səhiyyə fövqəladə hallarına cavab vermə, pandemiyalara hazırlaşma, ictimai sağlamlıq problemlərinə yanaşma kimi mövzularda biliklər artır
- Müxtəlif dillərdə kursların olması – ana dilində və ya başa düşülən dildə öyrənmək imkanları.
- Bu kurslar sənin CV-nə yaxşı əlavə ola bilər – “public health”, “health emergencies preparedness” və s. kimi sahələrdə məlumatlılıq göstərir.
Necə Qeydiyyat Etmək Olar / İştirak Etmək
- OpenWHO web saytına gir, kurs seç → “Apply Now” və ya “Start Now” düyməsi vasitəsilə kursu başlat.
- Heç bir müddət limiti yoxdur – istədiyin vaxt başlaya, öz tempinlə davam edə bilərsən.
- Kurs bitdikdən sonra bəzi kurslarda sertifikat təklif edilir, amma bəzi kurslarda yalnız öyrənmə resursları olur. Məlumat kurs səhifəsində göstəriləcək.



