YTP-nin texnologiya transferi ilə bağlı vebinarlar silsiləsinin (“TT Talks”) növbəti tədbiri 23 yanvar 2025-ci il saat 11:00-da “Elm üçün elmmi, yoxsa cəmiyyət üçün elmmi?” mövzusunda olacaqdır.
Vebinarda spiker qismində “Catalysade Technology Transfer Inc.”in təsisçisi Dr. Sanem Yalçıntaş iştirak edəcəkdir.
O, innovasiya və texnologiya transferi sahəsində akademiya və özəl sektorda 25 ildən artıq təcrübəyə malik tanınmış mütəxəssisdir və 2019-cu ildən bəri TÜBİTAK Texnologiya Transfer Mexanizmləri Qrupunun (TEMEG) İcraiyyə Şurasının üzvü kimi fəaliyyət göstərir.
Bu vebinarda akademik tədqiqatların yalnız elmi məqalə olaraq qalmayıb, real cəmiyyət və iqtisadi faydalara çevrilməsi yolları müzakirə olunacaq. Patent və sahibkarlıq kimi alternativ yolların innovasiya və təsir yaratmadakı əhəmiyyəti vurğulanacaqdır.
🔍 Sizi bu vebinarda nələr gözləyir?
✅ Elmin cəmiyyətin ehtiyaclarına necə xidmət edə biləcəyinə dair fikirlər;
✅ Tədqiqatların praktik faydalara çevrilməsi üçün strategiyalar;
✅ Kommersiyalaşdırma prosesini daha dərindən anlama imkanı.
Türk dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur.
İştirak üçün 22 yanvar 2025-ci il saat 18:00-a kimi keçidə daxil olmaqla qeydiyyatdan keçin.
Elm üçün Elmmi, Yoxsa Cəmiyyət üçün Elmmi?” Mövzusunda Vebinar.
OXŞAR POSTLAR