“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Təcrübə proqramı elan edilir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması münasibətilə tələbələr üçün geniş imkanlar yaradan Təcrübə Proqramına start verir.
Kimlər müraciət edə bilər?
Bakalavr: 3-cü və 4-cü kurs
Magistr: 1-ci və 2-ci kurs
Yer quruluşu və daşınmaz əmlakın kadastrı
Geodeziya mühəndisliyi
Ekologiya
Memarlıq
Şəhərsalma
Təcrübə müddətində görüləcək işlər:
*Dövlət əmlakının idarə edilməsi ilə bağlı proseslərdə iştirak
*Torpaq qanunvericiliyinin tətbiqi ilə bağlı tədbirlərdə iştirak
*Vətəndaşların zəruri qaydalar barədə məlumatlandırılması
*Müxtəlif inzibati işlərin icrasında dəstək
Təcrübə proqramı sizə nə qazandıracaq?
✔ İxtisas biliklərinin praktik tətbiqi
✔ Dövlət strukturunda real iş təcrübəsi
✔ Peşəkar mühitdə bacarıqların inkişafı
✔ Rəsmi iştirak sertifikatı
✔ Karyera perspektivlərinin genişlənməsi
Namizədlərə tələblər
Müvafiq ixtisas üzrə təhsil
Yüksək öyrənmə həvəsi və aktivlik
Komandada işləmək bacarığı
Operativlik və məsuliyyət
MS Office proqramları ilə işləmək bacarığı
Müraciət qaydası:
Son müraciət tarixi: 10 aprel 2026
CV göndərmək üçün: hr@emlak.gov.az
Mövzu hissəsinə“Təcrübə proqramı – AZMİU” qeyd olunmalıdır.



