spot_img
Ana SəhifəBloqBeynəlxalq ProqramlarErasmus+ Təlim Kursu Nədir?
spot_img

Erasmus+ Təlim Kursu Nədir?

 
Erasmus+ proqramı çərçivəsində keçirilən təlim kursları, müəyyən problemlərə həll yolları tapmaq və iştirakçılar arasında fikir mübadiləsini təşviq etmək məqsədi daşıyan beynəlxalq proqramlardır. Bu kurslar iştirakçılara yenilikçi bir istiqamət verir, onları peşəkar və şəxsi inkişaflarına dəstək göstərir.
 
Təlim Kursunun Faydaları Nələrdir?
 
– Maariflənmə İmkanı Yaradır: Təlimlər iştirakçılarda müəyyən mövzular üzrə daha çox məlumatlılıq və dünyagörüşü formalaşdırır.
– Yeni və Müxtəlif Baxış Bucaqları: Kurs zamanı iştirakçılar fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyətdə olub, yeni və fərqli baxış bucaqları qazanırlar.
– Qlobal və Həll Yönümlü Düşüncə: Təlim kursunun sonunda iştirakçılar problemlərə daha qlobal və həll yönümlü yanaşma bacarıqları əldə edir.
– Fikir Mübadiləsi və Daha Yaxşı Nəticələr: Beynəlxalq mühitdə öz layihələrini təqdim edən iştirakçılar, digər iştirakçıların fikirlərindən faydalanaraq daha yaxşı nəticələr əldə edirlər.
– Şəxsi İnkişaf: Bu kurslar şəxsi inkişafı dəstəklədiyindən, iştirakçılar iş həyatında daha yüksək mövqelərə nail ola bilərlər.
 
Kimlər Qatıla bilər?
 
Erasmus+ Təlim Kursuna 18 yaşdan yuxarı olan hər kəs müraciət edə bilər. Lakin bəzi kurslarda iştirakçılardan müəyyən xarici dil biliyi tələb oluna bilər və ya günlük fəaliyyətlərinizin kursun mövzusu ilə bağlı olması gözlənilir.
 
Təlim Kursunun Müddəti Nə qədər olur?
 
Təlim kursunun müddəti 5-21 gün arasında dəyişir.
 
Təlim Kursu Hansı Xərcləri Qarşılayır?
 
Proqram müddətində iştirakçıların səyahət, viza, yol, qida və yaşayış xərcləri qarşılanır.
 
Təlim Kursuna Necə Müraciət Etmək Olar?
 
Seçdiyiniz layihənin müraciət formasını dolduraraq müraciət edə bilərsiniz.
 
Təlim Kursunun Seçim Kriteriyaları Nələrdir?
 
İlk növbədə, müraciət formasında motivasiyanız qiymətləndirilir və kursun mövzusu ilə əlaqəniz araşdırılır. Hər kursun məqsədi və iştirakçı profili fərqli olduğundan, bəzi proqramlarda yaxşı bir dil biliyi tələb edilə bilər. Bu kriteriyalara əsasən layihəyə uyğun olub-olmadığınız müəyyən edilir
 
 
 

Aysel Nağıyeva
Aysel Nağıyeva
Mənim üçün təhsil inkişaf və dəyişikliklərin açarıdır. Bu blog vasitəsilə öz təcrübələrimi sizinlə bölüşürəm.Məqsədim təhsil sevərlər üçün faydalı məlumatlar paylaşmaqdır.
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar