spot_img
HomeElan və XəbərlərESN Azərbaycan Könüllü Konsultant Qeydiyyatı
spot_img

ESN Azərbaycan Könüllü Konsultant Qeydiyyatı

Erasmus Tələbə Şəbəkəsi Azərbaycan tərəfindən həyata keçirilən “Konsultasiya saatları” layihəsi xaricdə təhsil, təlim, təcrübə və könüllülük proqramlarında iştirak etmək istəyən gənclərə dəstək göstərmək məqsədi daşıyır. Layihə çərçivəsində Erasmus+, Avropa Həmrəylik Korpusu (ESC), DAAD, SI, Chevening, Fullbright və digər nüfuzlu beynəlxalq proqramların məzunlarının iştirakı ilə məlumatlandırıcı görüşlər və konsultasiyalar təşkil olunur.

Bu görüşlər qrup şəklində keçirilir və hər bir konsultant öz şəxsi təcrübəsi əsasında iştirakçılarla faydalı məlumat və tövsiyələr paylaşır. Görüşlər zamanı gənclərin sualları cavablandırılır, onları maraqlandıran məqamlar aydınlaşdırılır.

Layihəyə artan maraq nəzərə alınaraq, xaricdə təhsil, təcrübə, təlim və ya könüllülük proqramlarını uğurla başa vurmuş şəxslər könüllü konsultant kimi bu təşəbbüsə dəvət olunurlar. “Konsultasiya saatları” layihəsinə qoşulan məzun konsultantlar onlayn və ya oflayn formatda təşkil olunan görüşlərdə öz təcrübələrini bölüşəcək, yeni nəsil gənclərə yol göstərəcəklər.

Əgər hər hansı beynəlxalq təhsil, təlim, təcrübə və ya könüllülük proqramında iştirak etmişsinizsə qeydiyyat anketini dolduraraq bu faydalı təşəbbüsə qoşula bilərsiniz.Bu fəaliyyət çərçivəsində aktiv şəkildə iştirak edən konsultantlar Erasmus Tələbə Şəbəkəsi Azərbaycan tərəfindən sertifikatla təltif olunacaqlar.

Qeydiyyat üçün son tarix: 30 may 2024-cü il
Əlaqə: consultation@esn.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar