Təcrübə proqramına müraciət etməklə Siz təşkilatdaxili departamentlərdə seçdiyiniz istiqamət üzrə təcrübə əldə edib, yeni bilik və bacarıqlara yiyələnəcəksiniz.
Bunlarla yanaşı bir çox yerli və beynəlxalq layihələrdə iştirak etmək hüququna sahib olacaq, öz idealarınızı reallaşdırmaq şansı qazanıb bacarıqlarınızı təkmilləşdirəcək və ən əsası Miqrasiya Könüllüsü ailəsinin bir üzvü olacaqsınız!
💡Təcrübə proqramına müraciət edən gənclər aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəklər:
-Beynəlxalq Əlaqələr;
-Layihələrin yazılması və idarə olunması;
-İctimaiyyətlə Əlaqələr və Media;
-Üzvlərlə İş və Təşkilati Məsələlər.
Təcrübə proqramı 3 ayı əhatə edəcək.
✅Sonda proqramı uğurla başa vurmuş gənclər diplomla təltif olunacaqlar.
Əgər siz də fərqli olduğunuzu düşünürsüzsə, elə indi, vaxt itirmədən linkdən qeydiyyatdan keçərək bizə qoşulun 💙