spot_img
HomeBeynəlxalq LayihələrFransada Uzunmüddətli Könüllülük Layihəsi
spot_img

Fransada Uzunmüddətli Könüllülük Layihəsi

Concordia Auvergne Fransanın Cournon D’AuvergneClermont-Ferrand şəhərlərində həyata keçiriləcək 2 layihə üçün 2 uzunmüddətli könüllü axtarır. Layihələr çətinliklə üzləşən gənclərlə işləməyə yönəlib. Layihələr və təşkilati məsələlər haqqında ətraflı məlumatı aşağıda tapa bilərsiniz.

Mövcud layihələr:

1. Corum Saint-Jean & CONCORDIA Auvergne, Clermont-Ferrand şəhəri – 1 könüllü
Ev sahibliyi edən təşkilat və layihə haqqında ətraflı məlumatı bu linkdə tapa bilərsiniz.

2. Cournon Bələdiyyə Animasiya Mərkəzi & Concordia Auvergne – 1 könüllü
Ev sahibliyi edən təşkilat və layihə haqqında ətraflı məlumatı bu linkdə tapa bilərsiniz.

Layihənin müddəti: Sentyabr 2025 – Avqust 2026 (10–12 ay müddətində elastik ola bilər)

Yer: Overn (Auvergne) bölgəsi, Fransa
Koordinasiya edən təşkilat: Concordia Auvergne
Göndərən təşkilat: “Common Sense” Gənclər Təşkilat

Necə müraciət etməli?

Müraciət üçün link bu mətnin sonunda göstəriləcək. Zəhmət olmasa, ev sahibliyi edən təşkilatın e-mail ünvanına CV və motivasiya məktubu göndərməyin.

Layihə haqqında maliyyə və yaşayış detalları:

Bu layihə Avropa Həmrəyliyi Korpusu (ESC) tərəfindən tam maliyyələşdirilir.
Heç bir iştirak haqqı tələb olunmur!

  • Könüllü ev sahibliyi edən təşkilat tərəfindən yerləşdiriləcək.
  • Yemək və cib xərcləri ESC tərəfindən qarşılanır.
  • Səyahət və viza xərcləri ESC qaydalarına uyğun olaraq məsafəyə əsasən geri ödəniləcək.

Könüllü üçün tələblər:

Aşağıdakı xüsusiyyətlərə malik könüllü axtarılır:

  • 18–30 yaş aralığında olmaq
  • Fransız dilini öyrənməyə motivasiyası olmaq
  • Adaptasiya bacarığı, ünsiyyətcil olmaq və fərqli auditoriyalara yanaşmaq istəyi
  • Uşaqlar və yeniyetmələrlə işləməyə hazır və həvəsli olmaq
  • Təşəbbüskar olmaq və öz layihəsini inkişaf etdirməyə istəkli olmaq

Göndərən təşkilat haqqında məlumat:

  • Təşkilatın adı: “Common Sense” Gənclər Təşkilatı
  • OID nömrəsi: E10200624
  • Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
  • Məsul şəxs: Ramiz Əliyev
  • E-mail: evs@csyo-az.org

Son müraciət tarixi: 7 iyul 2025, saat 23:59

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar