spot_img
HomeXaricdə TəhsilFulbright Xarici Tələbə Proqramı
spot_img

Fulbright Xarici Tələbə Proqramı

ABŞ-ın Azərbaycandakı Səfirliyi 2026–2027-ci tədris ili üçün Fulbright Xarici Tələbə Proqramı üzrə müsabiqə elan edir. Bu proqram Azərbaycanın gənc mütəxəssislərinə ABŞ universitetlərində magistr səviyyəsində bir və ya daha uzun müddət təhsil almağa imkan yaradır. Fulbright təqaüdləri aşağıdakı ixtisas və sahələri əhatə edir:

STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat)
Kənd təsərrüfatı
Təhsil
İqtisadi inkişaf
İctimai idarəetmə
İctimai siyasət
İctimai sağlamlıq
Sosial iş
Şəhərsalma
Turizm
Hüquq

Qeyd: Stomatologiya, tibb, əczaçılıq, tibb bacılığı kimi klinik təcrübə tələb edən proqramlara müraciət mümkün deyil. Lakin ictimai sağlamlıq və tibb bacılığı idarəçiliyi kimi sahələrə müraciətə icazə verilir.

Namizədlər açıq və mə merit-əsaslı seçim prosesi ilə müəyyən olunur. Bu nüfuzlu proqram aşağıdakıları tam şəkildə qarşılayır:

ABŞ universitetində təhsil haqqı və digər ödənişlər
Aylıq yaşayış təqaüdü
Tibbi sığorta
Beynəlxalq gediş-gəliş bileti
ABŞ universitetlərinə yerləşdirmə prosesi Beynəlxalq Təhsil İnstitutu (IIE) tərəfindən həyata keçirilir.

Tələblər:

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı və/və ya etibarlı Azərbaycan pasportu almaq hüququna malik daimi sakin olmalıdır. ABŞ-da daimi yaşayan və ya ikili vətəndaşlığa (ABŞ və Azərbaycan) malik şəxslər müraciət edə bilməz.
Namizəd bakalavr təhsilini tamamlamış olmalıdır.
Namizəd ingilis dilində danışmaq və yazmaq üzrə yetərli biliyə malik olmalıdır.
Hal-hazırda ABŞ-da təhsil alan şəxslər müraciət edə bilməz.
Seçilmiş namizədlər səhiyyə yoxlamasından keçməlidirlər (ABŞ universitetlərinin və səhiyyə tələblərinin, o cümlədən peyvəndlərin yerinə yetirilməsi).

Ümumi Seçim Meyarları:

Güclü akademik göstəricilər
Uyum və şəxsi keyfiyyətlər
ABŞ-da daha əvvəl təhsil almamış namizədlərə üstünlük verilir.

Proqramın Təklif Etdiyi İmkanlar:

Təhsil haqqı, yaşayış və səfər xərcləri, həmçinin akademik müavinətlər
ABŞ-da həyat tərzini təcrübədən keçirmək və öz mədəniyyətini amerikalılarla bölüşmək
Təhsil öncəsi hazırlıq və zənginləşdirici seminarlar
Fulbright məzunları şəbəkəsinə daxil olmaq
ABŞ universitetində seçdiyin sahə üzrə magistr dərəcəsi əldə etmək imkanı

Seçim Prosesi

Ərizələr ilkin baxışdan (pre-screening) keçirilir.
Uyğun namizədlər ingilis dilində müsahibəyə dəvət olunur. Müsahibə Səfirlik nümayəndələri, ABŞ və Azərbaycan akademikləri və Fulbright məzunlarından ibarət komissiya tərəfindən aparılır.
Seçilmiş namizədlərin namizədliyi Fulbright Xarici Təqaüd Şurası tərəfindən təsdiqlənməlidir.

Necə müraciət etməli?

Tam müraciət aşağıdakı sənədləri əhatə etməlidir:

Onlayn müraciət forması
3 Tövsiyə Məktubu (müəllim, professor və ya iş rəhbəri tərəfindən onlayn təqdim edilə bilər)
Şəxsi Məqalə (600-1000 söz)
İxtisas üzrə Məqalə (500 söz)
CV / Tərcümeyi-hal
Akademik transkript və diplomlar (ingilis dilinə təsdiqlənmiş tərcümə və ya orijinal sənədlərin təsdiqlənmiş surəti – skan olunaraq müraciətə əlavə edilməlidir)
TOEFL və GRE imtahan nəticələri (əgər namizəd son iki ildə bu testləri veribsə). Əgər nəticələr hazırdırsa, ərizə ilə birlikdə təqdim olunmalıdır (minimum TOEFL iBT 90 və ya IELTS 7.0). Əks halda yalnız qısa siyahıya düşənlərə 2025-ci ilin oktyabr-noyabr aylarında pulsuz vauçerlərlə TOEFL və GRE imtahanları təklif olunacaq.
Pasportun surəti
Bütün bu sənədləri skan edərək onlayn ərizəyə yükləyin.

Nominasiya olunan namizədlər orijinal akademik transkriptin notarial qaydada təsdiqlənmiş surətini ABŞ-ın Bakıdakı Səfirliyinə təqdim etməlidirlər. Ərizə mərhələsində bu tələb olunmur.

Ərizə üçün son tarix: 30 iyul 2025 (saat 23:59)

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar