spot_img
HomeTədqiqat"Gənc Elm Sevər" layihəsinə start verilir!
spot_img

“Gənc Elm Sevər” layihəsinə start verilir!


Elm və tədqiqata marağın var? Akademik yazı bacarıqlarını inkişaf etdirmək və elmi araşdırmalar aparmaq istəyirsən? O zaman “Gənc Elm Sevər” layihəsi tam sənə görədir! 🎯

📌 Layihə haqqında:
🔹 Azərbaycan universitetlərində təhsil alan tələbələrin elmi işlərə marağını artırmaq və onları tədqiqat aparmağa təşviq etmək məqsədilə təşkil olunan bu layihə, elmi məqalə yazma və akademik etika qaydaları üzrə seminarlarla başlayacaq.
🔹 Daha sonra iştirakçılar seçdikləri elmi mövzu üzərində araşdırma aparacaq, fərziyyə quracaq, məlumat toplayacaq, təhlil edəcək və nəticələrini təqdim edəcəklər. 📊

📌 Sən nə qazanacaqsan?
✅ Akademik yazı texnikalarını öyrənəcəksən ✍️
✅ Elmi tədqiqat aparmaq bacarığı əldə edəcəksən 🔎
✅ Mentor dəstəyi ilə elmi məqalə hazırlayacaqsan 📄
✅ Ən yaxşı tədqiqat işlərini “Məqalə Saatları” çərçivəsində təqdim edəcəksən 🎤

📌 Layihənin məqsədi:
🔬 Gənc tələbələrin tədqiqat aparma və elmi iş yazma bacarıqlarını inkişaf etdirmək
📚 Akademik bilik və etik qaydalarla tanış olmalarını təmin etmək
🧠 Azərbaycanda gələcəyin alimlərini yetişdirmək

🚀 Əgər sən də elmi araşdırma aparmaq və akademik sahədə inkişaf etmək istəyirsənsə, “Gənc Elm Sevər” layihəsinə qoşul və ilk addımını at!
📌 Qeyd: Seçim zamanı Biologiya ixtisası üzrə təhsil alan tələbələrə üstünlük veriləcək.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar