Gənclər və İdman Nazirliyi tərəfindən yaradılan bu platforma peşəkar təlimçilər bazası vasitəsilə gənclərin inkişafı üçün effektiv öyrənmə şəbəkəsini formalaşdırmaq, gənclər sahəsində fəaliyyət göstərən təlimçiləri bir araya gətirmək və əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Platforma vasitəsilə:
Təlimçilər qeydiyyatdan keçərək profil yarada biləcək;
Məlumatlar dəyərləndirmə və müsahibə sonrası platformada yerləşdiriləcək;
Üzvlər bloqlar yazmaq, yerli və beynəlxalq layihələrdə iştirak etmək, Gənclər Evləri ilə birgə fəaliyyətlər həyata keçirmək imkanı əldə edəcəklər;
Növbəti mərhələdə təlimçi olmaq istəyən gənclər üçün ödənişsiz TOT (Təlimçilər üçün təlim) kurslarının təşkili nəzərdə tutulub.
Təcrübənizi paylaşmaq və platformamıza qoşulmaq üçün indi qeydiyyatdan keçin!