Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Bakı Dövlət Universiteti və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” həyata keçiriləcək.
Forumun əsas məqsədi gənclər arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh və tolerantlıq dəyərlərinin yayılmasına töhfə vermək, həmçinin Azərbaycan Respublikasının multikulturalizm modelinin gənclərin iştirakı ilə daha geniş müstəvidə tanıdılmasını təmin etməkdir.
Forum çərçivəsində iştirakçılar mədəniyyətlərarası dialoq və sülh anlayışının müasir dünyada rolu, Azərbaycan multikulturalizm modeli, gənclərin mədəni diplomatiyada iştirakı, müxtəlif mədəni kimliklər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və rəqəmsal dövrdə mədəni ünsiyyət imkanları üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Tədbir zamanı panel müzakirələri, interaktiv sessiyalar və işçi qruplar vasitəsilə iştirakçılara fikir mübadiləsi aparmaq, ortaq yanaşmalar formalaşdırmaq və mədəni dialoq mövzusunda praktik təcrübə qazanmaq imkanı yaradılacaq.
Forumun yekununda iştirakçı gənclər tərəfindən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumunun yekunları” adlı yekun sənəd hazırlanacaq.
Son müraciət tarixi: 10 aprel 2026



