spot_img
HomeKaryeraGənclər üçün DOST TV-də Təcrübə İmkanı
spot_img

Gənclər üçün DOST TV-də Təcrübə İmkanı

Əziz gənclər,

Peşəkarların əhatəsində şəxsi və peşəkar inkişaf ilə bağlı sizə ödənişsiz təcrübə imkanları təqdim edirik.

“TeleDOST” altproqramı DOST TV-də həyata keçirilən könüllülük fəaliyyətidir. Bu proqrama qoşulmaqla siz jurnalistika, teleaparıcılıq, rejissorluq, operatorluq, montaj sənəti kimi ixtisaslar üzrə təcrübə toplaya, əmək bazarında tələbat olan mütəxəssis kimi özünüzü formalaşdıra bilərsiniz.

Bu unikal təcrübə proqramına qoşul və aşağıdakıları öyrən:

  • İctimaiyyətlə effektiv əlaqələrin qurulması,
  • Teleaparıcılıq,
  • Televiziya işinin təşkili,
  • Xəbər istehsalı,
  • Videoreportajların hazırlanması,
  • Videomontaj sənətinin incəlikləri,
  • Foto sənətinin incəlikləri.

Kimlər bu proqrama qoşula bilər?

  1. Jurnalistika, filologiya, sənətşünaslıq, aktyor sənəti kimi sahələrdə ali təhsil alan gənclər.
  2. Radiotexnika və telekommunikasiya sahələrində ali və ya orta ixtisas təhsili alan gənclər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar