spot_img
HomeElan və XəbərlərGənclər üçün müdafiə sənayesi sahəsində yeni proqrama start verilib.
spot_img

Gənclər üçün müdafiə sənayesi sahəsində yeni proqrama start verilib.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin dəstəyi ilə müdafiə sənayesində rol almaq istəyən texniki yönümlü gənclər üçün “DEFAGE bootcamp” intensiv inkişaf proqramı hazırlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramda iştirak edən gənclər aşağıdakı imkanlardan yararlanacaqlar:

– 3 ay nəzəri və praktiki təlim;
– 1 ay real layihə üzərində komanda işi;
– Mentor dəstəyi və təcrübə proqramları;
– Təqaüdlər və sənaye müəssisələrində fəaliyyət imkanları;
– Müdafiə sənayesi ekosisteminə birbaşa inteqrasiya.

Elektronika, proqramlaşdırma, dizayn, mexanika və digər texniki sahələr üzrə bilik və bacarığı olanlar proqrama müraciət edə bilərlər.

Qeydiyyat 10 aprel – 10 may tarixlərində aparılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar