spot_img
Ana SəhifəElan və XəbərlərGənclər üçün Sosial İnnovasiya Proqramına SUMQAYIT və MİNGƏÇƏVİR şəhərlərində start verilir!
spot_img

Gənclər üçün Sosial İnnovasiya Proqramına SUMQAYIT və MİNGƏÇƏVİR şəhərlərində start verilir!

Gənclər və İdman Nazirliyi və UNICEF Azərbaycanın əməkdaşlığı, Dəstəkçi platformasının icraçı dəstəyi ilə UPSHIFT – gənclər üçün Sosial İnnovasiya Proqramına SUMQAYIT və MİNGƏÇƏVİR şəhərlərində start verilir!

  • İdeyalarınızı necə dizayn etməyi, inkişaf etdirməyi və həyata keçirməyi öyrənin;
  • Peşəkar təcrübənizi və bacarıqlarınızı inkişaf etdirin;
  • İcmanıza və ətraf mühitinizə töhvə verəcək sosial və ya ekoloji problemləri həll edin;
  • Eyni maraqları bölüşən və sosial rifah üçün həvəsli olan digər gənclərlə əlaqə qurun;
  • Və nəhayət, ideyanızı reallaşdırmaq üçün 2000 AZN maliyyə fürsəti qazanın.

Seçilmiş komandalar müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibəni uğurla keçən komandalar 2025-ci ilin fevral və mart ayları ərzində seçilmiş günlərdə aşağıdakı təlimlərdə iştirak edəcəklər:
” Maliyyə savadlılığı və sosial sahibkarlıq üzrə təlim

  • UPSHIFT: Sosial İnnovasiya Proqramı üzrə butkamp

Tələblər:

  • Komandanız ən az 3 nəfərdən, ən çox isə 5 nəfərdən ibarət olmalıdır;
  • Komandanızın gender baxımından müxtəlifliyi üstünlükdür;
  • Komandanızın bütün üzvləri 16-24 yaş aralığında olmalıdır;
  • Komanda üzvləri Sumqayıt və Mingəçevir şəhərlərində yaşayan və ya həmin regionlar üzrə qeydiyyatlı olan şəxslər olmalıdır;
  • Komandanızın təklif edəcəyi sosial innovativ həll yaşadığınız regionda mövcud (sosial, ekoloji, ətraf mühitlə bağlı və s.) problemin həllinə yönəlik olmalıdır.

Necə müraciət etməli?
3-5 nəfərlik komanda qurun və müraciəti formasını doldurun.

Qeyd: Ekoloji və ətraf mühitlə bağlı innovativ, dayanıqlılığı olan biznes və startap yönümlü layihələrə üstünlük veriləcək

Müraciət üçün son tarix: 25 yanvar 2025-ci il

Hər-hansı sualınızla bağlı upshiftazerbaijan@gmail.com bu mail adresinə və ya bu nömrə +994705386472 vasitəsilə əlaqə saxlaya bilərsiniz

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar