Gənclər və İdman Nazirliyi gənclərin beynəlxalq tədbirlərdə iştirakına, qlobal platformalarda Azərbaycanı layiqincə təmsil etməsinə və gənclərin beynəlxalq təcrübə qazanmasına şərait yaratmaq məqsədilə il ərzində müraciətlərin qəbulunu elan edir.
🌎 Əgər siz də əhəmiyyətli beynəlxalq layihə, forum və ya konfransa dəvət almısınızsa, səfərinizin dəstəklənməsi üçün aşağıdakı şərtlərlə nazirliyə müraciət edə bilərsiniz:
📅 Müraciət müddətləri:
- Vizası olmayan şəxslər üçün: səfər tarixindən ən azı 45 gün əvvəl;
- Vizası olan şəxslər üçün: səfər tarixindən ən azı 30 gün əvvəl.
📌 Tələb olunan sənədlər:
- Əsaslandırılmış müraciət məktubu;
- Tədbirin təşkilatçısından alınmış dəvət məktubu;
- Tədbir haqqında ümumi məlumat (o cümlədən rəsmi sayt);
- Təhsil müəssisəsi və ya təşkilatdan dəstək məktubu (əgər varsa);
- Şəxsiyyət vəsiqəsi və pasportun surəti;
- CV (təhsil, fəaliyyət və s.);
- Motivasiya məktubu. Müraciət məktubu və müvafiq sənədləri Nazirliyin binasına gələrək əyani şəkildə təqdim edə yaxud info@mys.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.
💰Xərclər barədə:
- İştirak haqqı qarşılanmır;
- Nəqliyyat, ezamiyyə və viza xərclərinin dəvət məktubuna əsasən qarşılanması mümkündür.
Qeyd: Bütün müraciətlər əhəmiyyətinə uyğun olaraq dəyərləndirilir və cavablandırılır.