spot_img
HomeElan və XəbərlərGƏNC TƏLİMÇİLƏR MƏKTƏBİNƏ START VERİLDİ!
spot_img

GƏNC TƏLİMÇİLƏR MƏKTƏBİNƏ START VERİLDİ!

Özündə təlimçi potensialı görürsən? Gənclərlə işləmək, auditoriya qarşısında çıxış etmək və cəmiyyətə faydalı olmaq istəyirsənsə, bu fürsət məhz sənin üçündür!

“Gənc Təlimçilər Məktəbi” layihəsinin əsas məqsədi təlimçiliyə maraq göstərən gənclərin potensialını üzə çıxarmaq, onların peşəkar və şəxsi inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində gənclər təlim metodikası, ünsiyyət bacarıqları, təqdimat texnikaları və qrup idarəetməsi kimi əsas istiqamətlər üzrə bilik və bacarıqlarla təchiz ediləcək. Eyni zamanda, iştirakçılar mentor dəstəyi ilə real təlimlərə hazırlaşacaq və tətbiq edəcəklər.

LAYİHƏ KİMLƏR ÜÇÜNDÜR?

Bakı və regionlarda yaşayan
16-25 yaş aralığında olan
Sosial fəallığı olan və ya bu sahəyə maraqlı
Təlimçiliyə maraq göstərən, cəmiyyətə töhfə vermək istəyən gənclər

Onlayn formatda baş tutacaq layihənin komponentləri aşağıdakı kimidir:

Təlimçilər üçün Təlim Proqramı (Onlayn);
Mentorluq proqramı;
Follow-up mərhələsi;
Peşəkar təlimçilərlə və ekspertlərlə görüşlər

Layihə İyul-dekabr aylarını əhatə edəcək

Son müraciət: 20 iyul saat 23:59

Qeyd: Proqramda iştirak ödənişsizdir və sonda sertifikat təqdim olunacaq.

Tələs və bu fürsəti qaçırma!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar