spot_img
HomeKaryeraGeofizika üzrə assistent Vakansiyası
spot_img

Geofizika üzrə assistent Vakansiyası

“AT-GEOTECH” QSC olaraq geofiziki sahədə məlumatların emalı və hesabatların hazırlanması üzrə məsuliyyətli, diqqətli və öyrənməyə meyilli xanım əməkdaş axtarırıq. Bu vəzifə üzrə iş təcrübəsi tələb olunmur.

Vəzifənin adı: Geofizika üzrə assistent

Əsas vəzifələr:
• Sahədən daxil olan texniki məlumatların qəbul edilməsi və arxivləşdirilməsi
• Ölçmə nəticələrinin proqram təminatında işlənməsi (Excel və digər analiz proqramları vasitəsilə)
• Standartlara uyğun hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
• Müvafiq sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və saxlanılması
• Geofizik komandası ilə əlaqəli şəkildə işləmək
• Zəruri hallarda texniki tərcümələrin və yazışmaların hazırlanmasında iştirak
Tələblər:
• Geofizika, geologiya və ya əlaqəli sahə üzrə ali təhsil
• MS Excel və ümumi kompüter proqramlarında sərbəst işləmə bacarığı
• Analitik düşüncə və detallara diqqət yetirmək bacarığı
• Məsuliyyətli, dəqiq və komandada işləməyə uyğun
• İngilis dili biliyi – orta səviyyə (B1-B2)
• Yaş həddi: 20–25
Əmək şəraiti:
• İş rejimi: 5 günlük
• İş saatları: 09:00 – 18:00
• İş yeri: Xırdalan
• Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Müraciət üçün:
Tələblərə uyğun gələn xanım namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Geofizika üzrə assistent” qeyd etməklə hr@at-geotech.com elektron ünvanına göndərsinlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar