DHL Azərbaycanda iş imkanını təqdim edirik!
Tələblər:
- Yalnız bəy namizədlər
- Aidiyyatı sahədə minimum 2 il təcrübə
- Azərbaycan dili əla, rus və ingilis dili – yaxşı səviyyədə
- MS Office bilikləri
- Ali təhsil
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı
- Xidmət sahəsində təcrübə
Vəzifə öhdəlikləri:
· İdxal və ixrac olunan yüklərin gömrük bəyannamələrinin və qısa idxal bəyannamələrinin düzgün və vaxtında hazırlanmasına nəzarət etmək;
· Gömrük sisteminə sənədlərin daxil edilməsi üçün zəruri sənədlərin toplanılıb bəyannaməçiyə göndərilməsi;
· Yük sənədlərinin (invoys, sertifikat və s.) yoxlanılması və uyğunlaşdırılması;
· Gömrük orqanları ilə əlaqələrin qurulması və sənədlərin operativ təqdim olunması;
· Qanunvericilikdə baş verən dəyişikliklərin izlənməsi və tətbiqi;
· Gömrük rəsmiləşməsi həyata keçirilən mallar üçün düz gün HS kodların verilməsi;
· Zəruri hallarda gömrük inspektorları ilə əlaqə saxlanılması;
· Müvafiq gömrük prosedurlarına uyğun olaraq ərizələrin hazırlanması;
· Tranzit, idxal, ixrac yüklərin sənədlərinin gömrükləməyə qədər hazırlanması;
· Təmsilçilik müqaviləsi və etibarnamənin hazırlanılması;
· Gömrük bəyannamələrinin düzgün şəkildə tərtib edilməsini və təqdim olunan məlumatların doğruluğunu yoxlamaq;
· Gömrük rüsumları, vergilər və digər ödənişlərin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
· Malların gömrük nəzarətindən keçirilərkən riskli halların müəyyən edilməsi və qarşısının alınması üçün risk analizləri aparmaq;
· Gömrük əməliyyatları ilə bağlı məlumatları qeydiyyata almaq və hesabatlar hazırlamaq.
İş yeri: Bakı şəh., Nərimanov ray., Əhməd Rəcəbli 1/7 və ya hava limanı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Müraciət qaydası: CV-nizi rafigakhanim.bayramli@dhl.com elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “gömrük işləri üzrə agent’’ yazmaqla göndərə bilərsiniz



