spot_img
Ana SəhifəXaricdə TəhsilGoogle Tədqiqatçı Alim Təcrübə Proqramı 2025
spot_img

Google Tədqiqatçı Alim Təcrübə Proqramı 2025

Google-da təcrübə imkanları axtarırsınız? Google Research Scientist Internship 2025 (Google Tədqiqatçı Alim Təcrübə Proqramı 2025) sızın üçün mükəmməl fürsətdir! Bu təcrübə proqramı Kompüter Elmləri və ya müvafiq texniki sahələrdə magistr və ya doktorantura təhsili alan tələbələr üçün açıqdır.

Proqram Haqqında

Bu təcrübə proqramı sayəsində iştirakçılar dünyanın aparıcı şirkətlərindən birində çalışmaq və praktiki bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Təcrübə müddətində iştirakçılar Google-un Tədqiqatçı Alimləri və Proqram Təminatı Mühəndisləri ilə əməkdaşlıq edərək innovativ həllər hazırlayacaqlar. Google Tədqiqatçı Alim kimi işləyərək sənaye mütəxəssislərindən öyrənmək şansı əldə edəcəksiniz.

Bu təcrübə proqramının müdəti 12 həftədir və noyabr 2025-ci ildə başlaması planlaşdırılır. Google təcrübələri ödənişlidir, yəni iştirakçılar maliyyəvi maneələr haqda narahat olmalı deyillər.

Təcrübə proqramının əsas istiqamətləri bunlardır:

  • Süni intellekt (AI) və maşın �0f6yrənməsi (ML)
  • Kompüter görüşü və təbii dilin emalı (NLP)
  • Verilənlərin işlənməsi və analizi
  • Aıqoritmik optimallaşdırma

Təcrübənin Keçiriləcəyi Ölkə

Avstraliya, Sidney

Təcrübənin Maliyyələşdirilməsi

Ödənişli təcrübədir

Son Müraciət Tarixi

17 aprel 2025

Müraciət Tələbləri

  • Kompüter Elmləri, Riyaziyyat, Statistika, Lüngvistik və ya aidiyyəti texniki sahədə magistr və ya doktorantura tələbəsi olmaq.
  • Bunlardan birində iştisaslaşmaq:
    • Təbii Dilin Emalı (NLP)
    • Maşın Öyrənməsi (ML)
    • Kompüter Görüşü (CV)
    • Süni Intellekt (AI)
    • Proqram Təminatı Mühəndisliyi
  • C/C++, Java və ya Python proqramlaşdırma dillərində bacarıq sahibi olmaq.
  • Beynəlxalq elmi konfrans və jurnallarda məqalə dərc etdirmiş olmaq (arzuolunandır).

Təcrübənin Faydaları

  • Google-un qlobal mütəxəssisləri ilə işləmə şansı
  • Real layihələr üzərində işlərək təcrübə qazanmaq
  • İnnovativ tərəqqi imkanları
  • Google tərəfindən ödənişli təcrübə

Müraciət Üçün Tələb Olunan Sənədlər

  • Yenilənmiş CV / Resume
  • Hal-hazırda oxuduğunuz universitetin transkripti (rəsmi və ya qeyri-rəsmi)

Google Tədqiqatçı Alim Təcrübə Proqramı 2025 sizin elmi araşdırma bacarıqlarınızı inkiaş etdirmək və dünyanın aparıcı texnologiya şirkətlərindən birində real iş təcrübəsi qazanmaq üçün böyük imkan yaradir. Siz də bu fərsəti qaçırmadan müraciət edin!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar