HR Team LLC olaraq komandamıza İnsan Resursları üzrə Mütəxəssis axtarırıq!
İş rejimi : 5 günlük iş rejim
Əmək haqqı: 800 AZN ( namizədin bilik bacarıqlarına uyğun olaraq dəyişikliklər ola bilər )
Ünvan : Bakı şəh, Nərimanov ray, A.Salamzadə küç.ev 65A
Vəzifə öhdəlikləri:
· Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
· Aylıq iş vaxtının uçot tabellərin hazırlanması;
· Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
· Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
· Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
· İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
· Məzuniyyət qrafikinin tərtib edilməsi ;
· İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
· İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
· Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
· Xidmət göstərilən müəssisələrə əmək qanunvericiliyi ilə əlaqədar mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi;
· DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavanlandıırlması;
· Vəzifə təlimatlarının yazılması.
Namizədə dair tələblər:
– Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– İşə qəbul müsahibələrinin aparılması bacarığı;
– Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
– Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;
Maraqlananlar CV-lərini 📧 nurana.novruzlu@hrteam.az elektron ünvanına 09.02.2025-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.