Şirkət: ABSP
Yer: Bakı, Çinar Park Biznes mərkəzi
İş rejimi: 09:00-18:00, 5 günlük iş qrafiki
Biz kimin axtarışındayıq?
ABSP komandamıza kommersiya hüququ sahəsində inkişaf etmək istəyən, diqqətli və məsuliyyətli Hüquqşünas Köməkçisi axtarırıq. Əgər sən hüquqi sənədlərlə işləməyi, araşdırma aparmağı və komandada öyrənərək inkişaf etməyi sevirsənsə – bu fürsət sənin üçündür!
Vəzifə öhdəlikləri:
Qanunvericiliyin tələblərinə əsasən şirkətin hüquqi işlərini aparılması
Müqavilə və hüquqi sənədlərin ilkin hazırlanması
Sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi
Dövlət qurumları və məhkəmələrlə yazışmaların aparılması, lazım olduqda həmin qurumlara birbaşa müraciət edilməsi.
Hüquqi araşdırmaların aparılması
Elektron platformalarla işləmək (e-mehkeme.gov.az, və s.)
Tələblər:
Hüquq üzrə ali təhsil (bakalavr və ya magistr)
Magistr Tələbəsi və ya yeni məzunlar da müraciət edə bilər
MS Office proqramları ilə işləmə bacarığı
Azərbaycan dili – əla, rus və ya ingilis dili bilikləri arzuolunandır
Yüksək diqqət, operativlik və komanda ruhu
Biz nə təklif edirik?
Gənc və peşəkar komandada inkişaf imkanı
Real hüquqi iş təcrübəsi
Karyera yüksəlişi perspektivi
Rəqabətqabiliyyətli əmək haqqı
Rahat iş mühiti və dəstəkçi rəhbərlik
Necə müraciət etməli?
CV-ni “Hüquqşünas köməkçisi” başlığı ilə hr@abspcompany.com
ünvanına göndər.
Son müraciət tarixi: 30 oktyabr 2025
Karyerana peşəkar başlanğıc üçün bu fürsəti qaçırma – ABSP-də sənin yerin hazırdır!



