Hüquqi sahədə yüksək analitik düşüncəyə malik, normayaratma üzrə təcrübəli və beynəlxalq təcrübəni araşdırma bacarığı olan mütəxəssisi komandamıza dəvət edirik.
Namizədə tələblər:
- Qanunvericilik aktları ilə işləmək və hüquqi təhlillər aparmaq bacarığ
- Normayaratma fəaliyyəti: hüquqi akt layihələrinin hazırlanması üzrə təcrübə
- Qısa müddətdə böyük həcmli hüquqi və digər məlumatı təhlil etmək
- Güclü analitik düşüncə və məntiqi nəticə çıxarma qabiliyyəti
- Qabaqcıl ölkələrin təcrübəsini araşdırmaq və yerli mühitə uyğunlaşdırmaq
- Hüquqi normaların nəzəri əsaslarını təhlil edərək praktiki yanaşma formalaşdırmaq bacarığı
- MS Office və hüquqi informasiya sistemlərindən sərbəst istifadə
Təhsil və təcrübə:
Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi
Hüquq sahəsində minimum 2 il peşəkar iş təcrübəsi
Müraciət etmək istəyən namizədlər öz CV-lərini anabizade@isb.az mail adresinə göndərə bilər.



