spot_img
HomeElan və XəbərlərIDEALISE inkubasiya proqramına müraciətlər açıqdır.
spot_img

IDEALISE inkubasiya proqramına müraciətlər açıqdır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startup və TTO Şöbəsi tərəfindən təşkil edilən IDEALISE inkubasiya proqramı, tələbələrin innovativ ideyalarının inkişafına yönəlib. Proqramın məqsədi, gənclərin yaradıcılıq potensialını dəstəkləmək, ideyaları prototip və minimal işlək məhsul (MVP) mərhələsinə gətirməkdir.

İştirakçılar proqram boyu intensiv təlimlərdə iştirak edir, mentor dəstəyi alır və komanda quruculuğu, bazar araşdırması, rəqib analizi, maliyyə planlaşdırması və təqdimat bacarıqları üzrə biliklərini təkmilləşdirirlər. Qiymətləndirmə zamanı əsas diqqət ideyanın yeniliyinə, problemin düzgün müəyyənləşdirilməsinə, komanda əməkdaşlığına, liderlik bacarıqlarına və iştirakçının motivasiyasına yönəldilir.

Yekunda uğurlu komandalar layihələrini Pitch Day və Demo Day tədbirlərində təqdim edəcək, münsiflər heyətinin qiymətləndirməsi əsasında mükafat əldə etmək imkanı qazanacaqlar.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar