spot_img
HomeKaryeraİkinci növbə üçün Avtomatika mühəndisi axtarılır!
spot_img

İkinci növbə üçün Avtomatika mühəndisi axtarılır!


Əsas Vəzifə və Öhdəliklər:

·       Müxtəlif sənaye proseslərinin avtomatlaşdırılması üçün texniki həllər hazırlamaq.
·       Avtomatlaşdırma avadanlıqlarının seçimi, quraşdırılması və sazlanması.
·       Avtomatlaşdırma avadanlıqlarının müntəzəm texniki xidməti.
·       Sistemlərdə baş verən nasazlıqların diaqnostikası və aradan qaldırılması.
·       Mövcud proqram təminatında yeniliklər etmək və sistemləri optimallaşdırmaq.
·       Avtomatlaşdırma sistemlərinin layihələndirilməsi ilə bağlı texniki sənədlərin hazırlanması.
·       Həyata keçirilən işlərlə bağlı aylıq və ya layihə üzrə hesabatların təqdim edilməsi.
·       İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Tələblər:

·       Ali təhsilli olmalı ;
·       Avtomatika sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
·       PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
·       PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
·       Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalıdır.

İş Qrafiki:

·       16:00 – 00:00
·       İş yeri Sumqayıt şəhəri, Sülh küçəsi 2.
·       Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər öz CV-lərini recruitment@giltex.az ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar