spot_img
HomeKaryera“İlməkçi” vəzifəsi üzrə vakansiya
spot_img

“İlməkçi” vəzifəsi üzrə vakansiya


İş barədə məlumatlar:

6 günlük iş qrafiki (09:00-18:00);
Əmək haqqı: 900 AZN.

Tələblər:

Orta və ya peşə təhsili;
İlməkçi üzrə sertifikatın olması;
Tikinti sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
İşində dəqiq və məsuliyyətli olmalıdır;
Görülən işlər:
Yükün bağlanması və ya qarmaqlanmasını yükün burazlama sxeminə uyğun həyata keçirməli;
Kranla daşınması nəzərdə tutulan yükün çəkisini yük çəkisi siyahısı üzrə və ya yükün üzərindəki markalanma üzrə yoxlamalı;
Yükün bağlanması zamanı kanat və ya zəncirləri düyün və rəzə olmadan əsas massivin (çərçivə, karkas, korpus, özül) üzərinə qoyulmasını təmin etməli;
Yükün iti kənarlarının altına zədələrə qarşı nəzərdə tutulan xüsusi altlıq yerləşdirməli;
Yükün daşınması zamanı onun ayrı-ayrı hissələrinin dağılmaması üçün yaxşı bağlanmasını təmin etməli;
Yük qaldırılan zaman yükün əzilmə, sıxılma və donaraq yerə yapışmamasını təmin etməli;
Daşınma və qaldırılma zamanı yükü müşayiət etməli, insanlar olduğu yerdə təhlükəsiz şəkildə istifadə etmək qaydalarını bilməli;
Daşınma və qaldırılma zamanı uzun və iri həcmli yüklərin öz-özünə dönməsinin qarşısının alınması üçün xüsusi burazlardan istifadə etməli.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi.

Maraqlananlar CV-lərini mövzu hissəsində “İlməkçi” qeyd edərək lamiya.hajiyeva@strata.az elektron ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar