spot_img
HomeKaryeraİngilis dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis axtarılır
spot_img

İngilis dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis axtarılır

Öz sahəsində lider mövqeyə malik beynəlxalq havayolları şirkətinin layihəsi üçün İngilis dilli Müştəri Xidmətləri üzrə Mütəxəssis axtarışındayıq.

Tələblər:
• Ali təhsil
• İngilis dili – C1 səviyyəsi (yazılı və şifahi)
• Müştəri Xidmətləri / Müştəri Təmsilçisi üzrə iş təcrübəsi
• Havayollarında Müştəri Təmsilçisi təcrübəsi üstünlükdür
• Evdən işləmək üçün uyğun texniki və iş şəraiti
• 7/24 fəaliyyət göstərən layihədə növbəli iş qrafiki ilə işləməyə hazır olmaq

Vəzifə öhdəlikləri:
• Müştərilərdən daxil olan müraciət və şikayətlərin sistem üzərindən qeydiyyata alınması
• Müştərilərin qarşılaşdığı problemlərlə bağlı operativ dəstəyin göstərilməsi və effektiv həll yollarının təqdim edilməsi
• Müştəri məmnuniyyətinin təmin olunması və xidmət keyfiyyətinin qorunması
• Günlük və aylıq fəaliyyət hesabatlarının hazırlanması

İş şəraiti və imkanlar:
• İş qrafiki: Həftədə 5 iş günü
• İş saatları: Gündəlik 9 saat (8 saat iş + 1 saat fasilə)
• İş növbələri: səhər / axşam / gecə (növbələr həftəlik müəyyən edilir)
• İş forması: Home Office (evdən iş)
• Rəqabətədavamlı əmək haqqı + növbələrə uyğun olaraq 20–40% əlavə ödəniş
• Performansa əsaslanan aylıq 10%-dək bonus sistemi
• Bütün zəruri texniki avadanlıqlar şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər CV-lərini hafiz.malikov@teleperformance.com vasitəsilə göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar