Gənclər üçün yeni imkan!
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramı elan olunur.
Bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gələcəyin gənc mütəxəssislərinin formalaşmasına xidmət edir.
Proqram çərçivəsində iştirakçılar aşağıdakı sahələr üzrə praktiki bilik və real bacarıqlar qazanacaqlar:
Süni intellekt (AI) əsaslı texnologiyalar
Data analitika və rəqəmsal qərarvermə
Proqramlaşdırma və proqram təminatı
Rəqəmsal məhsul və platforma bacarıqları
Texnologiya əsaslı innovasiya və startap bacarıqları
Ümumilikdə 150 gəncin proqramdan yararlanması nəzərdə tutulur.
18–29 yaş arası gənclər http://youthfoundation.az saytına daxil olaraq Elektron Xidmətlər bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Son müraciət tarixi: 16 fevral, saat 18:00
Gələcəyin texnologiyalarını elə bu gündən öyrənməyə başla!



