Hal- hazırda “İnsan resursları əməliyyatları üzrə mütəxəssis”( xanım )vakansiyası aktivdir.
Vəzifə təlimatları:
– Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
– İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
– Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
– Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
– Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
– Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi.
Namizədə tələblər:
– Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
– İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
– Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
– Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək.
Digər məlumatlar:
– Əmək haqqı: 600-800 AZN (razılaşma əsasında) ;
– Ünvan: Ağ şəhər;
– Nahar və korporativ nömrə şirkət tərəfindən verilir;
– İş saatları: 9:00-18:00 (tam ştat – 5 günlük).
Vakansiya üzrə müraciət etmək istəyən namizədlər Lale.Teymurova@venta.az ünvanına öz cv-lərini mövzu hissəsində ““İnsan resursları əməliyyatları üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.