spot_img
HomeKaryeraİnsan Resursları komandasına işə qəbul üzrə mütəxəssis axtarılır.
spot_img

İnsan Resursları komandasına işə qəbul üzrə mütəxəssis axtarılır.


Vəzifə adı: İşə qəbul üzrə mütəxəssis

İş funksiyaları:
– İşəqəbul proseduruna uyğun olaraq kadr planlama və
işə qəbul prosesinin formalaşdırılması;
– Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
– Mövcud vakant vəzifələr üzrə elan materiallarının hazırlanması, şirkətdaxili və şirkətxarici bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
– İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
– Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
– Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
– İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
– İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
– İşə qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
– Şirkətdaxili işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
– Struktur dəyişiklikləri və ştat saylarının optimallaşdırılması zamanı sərbəstləşən işçilərin yeni ştatlara yerləşdirilməsi prosesini həyata keçirmək;
– Sınaq müddəti planının hazırlanması və prosesin izlənilməsi;
– İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
– İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;

Namizədə tələblər:
– Ali təhsil;
– Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi (FMCG sahəsi üzrə arzuolunandır);
– MS Ofis programlarında işləmə bacarığı;
– Güclü ünsiyyət bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Nəticə yönümlülük;

İş şərtləri:
– İş qrafiki: 5 gün 09:00-18:00 (şənbə, bazar istirahət günü);
– Nahar şirkət tərəfindən təmin edilir;
– Əmək haqqı: 500-700 AZN.

Uyğun namizədlər CV-lərini “İşə qəbul üzrə mütəxəssis” başlığı qeyd etməklə elchinakbarov@vpm.az və ya cv@vpm.az mail adresinə göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar