Şirkət: “Palıd-2015” MMC
Təsvir: Biz, İnsan Resursları sahəsində bilik və təcrübəsini artırmaq istəyən işsiz şəxslər və ya yeni məzunlar üçün təcrübə proqramı təşkil edirik. Bu proqram çərçivəsində real iş şəraitində insan resursları prosesləri ilə tanış olunmasını və peşəkar bacarıqların inkişaf etdirilməsini təmin edirik.
İş barədə məlumat:
Aylıq Əmək Haqqı: 200 manat;
Müddət: 2 ay;
İş rejimi: 6 günlük, Həftə içi saat 09:00-18:00, Şənbə günü saat 10:00-15:00, İstirahət günü – Bazar;
Dövlət Məşğulluq Agentliyi tərəfindən “müdavim müqaviləsi” bağlanılır;
Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
Peşəkar İnsan Resursları təlimçisindən öyrənmək fürsəti və təcrübə mübadiləsi;
Sertifikat və gələcək iş imkanları;
Rahat və dəstəkləyici iş mühiti;
Təcrübə müddətində öyrənəcəksiniz:
İnsan Resurslarının əsasları və vəzifələri;
Müəssisənin kadr uçotunun qurulması və aparılması;
İşə qəbul prosesləri və namizəd seçimi;
Əmək qanunvericiliyinin əsasları;
İşçi sənədləşməsi və daxili idarəetmə;
Əmək və Məşğulluq Altsistemində (ƏMAS) icra edilən əməliyyatlar;
Bütün əmrlərin və ərizələrin hazırlanması;
Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
Son haqq hesabların hesablanması;
Tələblər:
İnsan Resursları prinsipləri haqqında ilkin biliklərə malik olmaq üstünlükdür;
İnsan Resursları, İqtisadiyyat və ya əlaqəli sahədə təhsil almış şəxslərə və ya yeni məzunlara üstünlük verilir;
Azərbaycan dilində yazılı və şifahi kommunikasiya bacarığı arzuolunandır;
Hal-hazırda işsiz olan və VÖEN olmayan şəxslər;
İnsan Resursları sahəsində karyera qurmaq istəyən, məsuliyyətli və təşəbbüskar gənclər;
Öyrənmə həvəsi yüksək olan namizədlər;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Təcrübə Proqramı” başlığı qeyd edərək elektron ünvanımıza göndərmələri xahiş olunur.
Elektron ünvan: recruitment@palid.az
Əlaqə: +994 50 277 99 89
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46B
Son müraciət tarixi: 11.09.2025