✅ Caspel.
✅ Namizədə dair tələblər:
Təhsil: Ali təhsil;
Təcrübə: 3 illik iş təcrübəsi;
Yaş: 25 – 30; (bəy namizədlərə üstünlük veriləcəkdir)
Dil bilikləri: Rus dili mütləqdir
ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli
✅ Vəzifəyə aid qoyulan tələblər:
İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
✅ Şəxsi keyfiyyətlər:
Nitqi aydın və səlis olmalı;
Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
Məsuliyyətli və səbrli olmalı;
✅ Əlavə məlumatlar:
Korporativ nömrə və danışıq balansı;
Könüllü tibbi sığorta;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
Əmək haqqı: İşçinin bilik və bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: 5 günlük iş qrafiki.
💡Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə aparıcı mütəxəssis” sözünü qeyd edərək aşağıda qeyd olunan e-ünvanına göndərsinlər.
Müraciət üçün 👇
📩 hr@caspel.com