Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması, müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, işdən çıxış aktının imzalanma prosesinin təşkil edilməsi, elektron dövlət portalından və daxili sistem üzərindən işçiyə xitam verilməsi;
Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
İşə qəbul proseslərinin həyata keçirilməsi (vakansiyaların elan edilməsi, müsahibələrin aparılması, seçimin təşkil olunması).;
İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək;
Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi;
Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
İnsan resursları ilə bağlı statistik məlumatların toplanması və təhlili.
Tələblər:
İnsan Resursları üzrə aparıcı mütəxəssis olaraq minimum 3 il iş təcrübəsi;
Yaxşı səviyyədə MS Excel bilikləri;
Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
Kadr kargüzarlığının aparılmasına dair biliklər;
Komandada işləmək bacarığı;
Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Əmək haqqı: 1000+(namizədin bilik və bacarığına görə dəyişir)
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Ünvan:Kövkəb Səfərəliyeva 62
Müraciət üçün CV-lərinizi “İ.R üzrə aparıcı mütəxəssis” başlığı ilə hr@hunerinshaat.az e-poçt ünvanına göndərin.