Hazırda şirkətimizdə “İnsan resursları üzrə kiçik mütəxəssis” vakansiyası var. Xanım namizəd tələb olunur.
Vəzifə təlimatları:
· İş elanlarını müəyyən edilmiş mənbələrdə yerləşdirir və yeniləyir;
· İşə qəbul edilən şəxsin iş təcrübəsini yoxlayır və iş təklifini göndərir;
· Yeni işçi üzrə sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edir;
· Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
· CV-lərin nəzərdən keçirilməsi, namizədlərin seçilməsi, müsahibənin aparılması, namizədlərin bacarıqlarının qiymətləndirilməsi və uyğunluq əsasında tövsiyələrin verilməsi;
· Boş vakansiyalar üzrə namizədlərin axtarışı;
· İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması.
Namizədə tələblər:
· Yaş həddi: 22-30;
· Əmək məcəlləsi və işə qəbul sahəsində baza biliklərin olması zəruridir;
· Sahə üzrə minimum 6 ay iş təcrübəsi;
· Nahar şirkət tərəfindən verilir;
· İngilis və rus dili biliklərinin olması üstünlükdür;
· HR təlim sertifikatları üstünlükdür.
İş yeri ünvanı: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.
İş qrafiki: 5 gün (tam ştat).
İş saatları: 9:30-17:30.
Əmək haqqı: 500+bonus.
Uyğun namizədlər öz CV-lərini (yenilənmiş cv olsun) Gunel.Ismayilova@venta.az mail ünvanına göndərə bilərlər.