🎉 Əziz gənclər!
“İRƏLİ” İctimai Birliyi sosial iş ixtisasında təhsil alan, bu sahəyə maraq göstərən və özünü təkmilləşdirmək istəyən gənclər üçün “Essentials of Social Work” VI Təhsil Proqramı üçün müraciətlərin qəbulunu açıq elan edir!
📌Əsas məqsədimiz gənclərin sahə üzrə mütəxəssislər tərəfindən təşkil olunan təlim, seminar və görüşlərdə iştirak edərək sosial iş sahəsində həm nəzəri, həm də praktiki bilik və bacarıqlara yiyələnmələridir. Bundan əlavə, gənc təlimçilər və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, keyfiyyətli iş aparmaq üçün onların bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
📌 Proqramda iştirak etmək üçün gənclər:
•17-25 yaş aralığında olmalı;
•Sosial iş ixtisasında təhsil almalı və ya sosial işə maraq göstərməli;
•Təşəbbüskar və məsuliyyətli olmalı;
•Könüllülük prinsipini ön planda tutmalı;
•Sosial iş və gənclərlə iş sahəsində biliklərə yiyələnmək üçün yüksək motivasiyaya malik olmalı;
•Komandada işləmək bacarığı olmalıdır.
⏳Son qeydiyyat tarixi: 26 fevral
📌Təlim proqramı ödənişsiz əsaslarla həyata keçirilir.