Bu proqram İKT sahəsində bilik və bacarıqlarını peşəkar mühitdə təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
📍 Layihə mərhələləri:
▪️ 3 ay – Java, QA və Sistem Təhlili üzrə təkmilləşdirici təlimlər;
▪️ 6 ay – real layihə simulyasiyaları;
▪️ 3 ay – Andersen-də real təcrübə imkanı.
🔎Proqramda kimlər iştirak edə bilər:
📌 Universitet məzunu olmaq;
📌 Bakı şəhərində yaşayan;
📌 Şəxsi kompüterə və üst səviyyə ingilis dili bacarıqlarına sahib olan;
📌 Java, QA və Sistem Təhlili üzrə baza bilikləri olan namizədlər.
🔹 Qeyd edək ki, təcrübə proqramı ərzində namizədlərə ödəniş ediləcək.
🔹Seçim zamanı Agentliyimizin təqaüd proqramı məzunlarına üstünlük veriləcəkdir.