Dostlar, işə qəbul şöbəsinə komanda yoldaşı axtarırıq!
Şirkət: Ram Holding
Vəzifə adı: İşə qəbul üzrə təcrübəçi
Ünvan: Port Baku Biznes Mərkəzi
Namizədə olan tələblər:
· Ali təhsil (İnsan resursları, biznesin idarəedilməsi, menecment və ya əlaqəli sahə üzrə);
· Kompüter bilikləri: MS Office (Excel və Word);
· Operativ, məsuliyyətli, intizamlı;
· Aktiv, bu sahədə inkişaf etməyə həvəsli.
Vəzifə öhdəlikləri:
· İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;
· İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
· CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
· Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
· Namizəd bazasının formalaşdırılması və yenilənməsi;
· Yeni işçilərə ilk iş günü və adaptasiya dövründə dəstək;
· Prosedurlara uyğun olaraq yeni işçi ilə aylıq müsahəbilərin təşkili;
· İşə qəbul şöbəsinin müxtəlif layihələrində və tədbirlərində iştirakı.
İş şərtlərimiz:
· İş qrafiki: 5 gün;
· İş saatları: 08:30-17:30;
· Ünvan: Port Baku Towers 2.
Biz nə təklif edirik?
· Mehriban kollektiv;
· Təlimlərdə iştirak, onlayn təlimlərdən il ərzində ödənişsiz istifadə imkanı;
· Karyera imkanları;
· Şirkət tərəfindən nahar
Təcrübə müddəti ərzində qazandığınız bilik və bacarıqlar:
· İşə qəbul prosesi və mərhələləri barədə baza məlumat;
· Tələb əsasında elanların hazırlanması qaydası;
· Müraciətlərin ilkin “skrininq”-i və qısa siyahıya salınması qaydası;
· İntevyu texnikaları;
· Hər vəzifə kateqoriyası üzrə axtarış kanallarının müəyyən edilməsi;
· Əsas axtarış texnikalarından istifadə;
· Onboarding prosesi ilə bağlı baza biliklər;
· Bitrix24 istifadəsi və tapşırıqların idarəedilməsi;
· Planlama və təşkilatçılıq bacarıqları.
Vacib qeydlər:
*İlk 3 aylıq təcrübə müddəti üçün minimum ödəniş nəzərdə tutulub.
*İşin xüsusiyyəti ilə bağlı olaraq seçim zamanı bəy namizədlərə üstünlük veriləcək.
E-ünvan: hr@ram.az