spot_img
HomeKaryeraİşə Qəbul üzrə Mütəxəssis Vakansiyası
spot_img

İşə Qəbul üzrə Mütəxəssis Vakansiyası

Tələblər:

  • Təcrübə: İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Peşəkar ünsiyyət qurma bacarığı;
  • Yüksək səviyyədə təqdimat bacarığı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Aktiv və komandada işləmək bacarığı;
  • Çox saylı tapşırıqları idarə edə bilən.

Vəzifə öhdəlikləri:

  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
  • İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
  • İşə qəbul üzrə statistikanın və analitikanın təşkili;
  • Əmək yarmarkalarının təşkili və koordinasiyası.

İş şəraiti:

İş qrafiki: Tam iş günü
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Əmək haqqı: 800-1000 AZN (Gross) (başlanğıc olaraq nəzərdə tutulmuşdur, bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq).
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar